
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Vahabova Gülgəz Əligülşad qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ əlin birinci barmağının natamam amputasiyası və bədənin çoxsaylı əzilmiş-siyrilmiş yaraları diaqnozu qoyulub.
Əməliyyat nəticəsində qadının barmağı amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.