
Xəstəxanaya yerləşdirilən müğənni İrem Derici səhhəti ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, sənətçi epilepsiya keçirərək xəstəxanaya aparıldığını bildirib:
"Dostlar bu xəbərlər necə yayıldı, bilmirəm... İki gün əvvəl studiyoda olarkən epilepsiya (qıcolma) keçirdim. Daha sonra yerə yıxılmışam. Bundan sonra xəstəxanaya aparılanda yenə ordada da epilepsiya (qıcolma) keçirdim.
Bunun səbəbi isə stress imiş. 2017-ci ildən bəri belə hallar yaşamırdım. Gözüm çox qorxdu. Amma bu gün həyata qayıtdım. İndi səhhətim yaxşıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.