31-03-2025, 09:48 466

Bu gün Rafiq Babayevin doğum günüdür

Azərbaycan cazından danışarkən istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil. Bu gün Rafiq Babayevin doğum günüdür.

BAKU.WS xəbər verir ki, milli cazın korifeylərindən olan Rafiq Babayev 1936-ci il martın 31-də Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb.

Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edirdi. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. Ötən əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış "Qaya" caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.

Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş "Təhminə və Zaur" filminin saundtreki olan "Əlvida" kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.

Lakin dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoydu. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var.

Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.

Paylaş

Xəbər lenti

AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı Bu gün, 13:48 Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb Bu gün, 13:48 Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı Bu gün, 13:48 Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı Bu gün, 13:48 İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48 Bu halda kranla görülən bütün işlər dayandırılacaq Bu gün, 12:48 "McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi Bu gün, 12:48 Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir Bu gün, 12:48 "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub Bu gün, 12:48 Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb Bu gün, 12:48 Maliyyə nazirinə yeni müşavir təyin edilib Bu gün, 12:48 Sabahdan Bakı metrosunda intervallar azaldılır Bu gün, 12:48 Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir" Bu gün, 12:48 QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 Kıvanç Tatlıtuğun işçisi damdan yıxıldı - Aktyor barədə istintaq başladıldı Bu gün, 10:48 Veteran polkovnik vəfat etdi - FOTO Bu gün, 10:48 "Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR