
Amerikalı aktyor Val Kilmer 65 yaşında pnevmoniyadan vəfat edib.
BAKU.WS xəbər verir ki, onun qızı Mersedes Kilmer "The New York Times"a açıqlamasında atasının ölüm səbəbinin pnevmoniya olduğunu bildirib.
Kilmer 2014-cü ildə qırtlaq xərçəngi diaqnozu alsa da, xəstəliyi məğlub etmişdi. Lakin xəstəlik onun səs tellərinə ciddi ziyan vurmuşdu. Aktyor çərşənbə axşamı Los-Ancelesdə dünyasını dəyişib.
Val Kilmer "Top Gun" və "Batman Forever" filmlərindəki rolları ilə məşhur idi. O, 1984-cü ildə "Tam məxfi!" komediyası ilə kinoda debüt etmiş, 1986-cı ildə isə "Top Gun" filmi ilə tanınmışdı. 1991-ci ildə "The Doors" filmində Can Morrison obrazını canlandırıb və filmdəki mahnıları özü ifa edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.