4-04-2025, 16:48 512

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin ikinci iclası keçirilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpaolunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Yeni yaşıl interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib. "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

"Bu gün bu sənədi imzalamaqla, mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradılmasına başladığımızı elan etmiş oluruq. Azərbaycanın zəngin "yaşıl enerji" potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Yaşıl interkonnektorlar vasitəsilə bərpa olunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə edərək, dörd ölkə arasında enerji inteqrasiyasını gücləndirəcək və regional enerji təhlükəsizliyinə yeni töhfə verəcəyik",- deyə energetika naziri Pərviz Şahbazov deyib.

"Bu gün Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikaları arasında imzalanmış Anlaşma Memorandumu transsərhəd elektrik infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır. Birlikdə çalışaraq enerji təhlükəsizliyini yaxşılaşdırmaq, bərpaolunan enerjidən istifadəni artırmaq və növbəti nəsillər üçün daha təmiz və davamlı gələcək yaratmaq istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə edirik", - deyə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.

"Bildiyiniz kimi, transsərhəd elektrik enerjisi birləşmələri texniki, iqtisadi və strateji cəhətdən çox vacibdir. Bu təşəbbüs regionumuza enerji təhlükəsizliyinin artırılmasından infrastrukturun daha səmərəli istifadəsinə, eləcə də iqtisadi faydadan dayanıqlılığa kimi bir sıra strateji faydalar gətirəcək. Lakin bu, tək başlanğıcdır. Gələcəkdə isə icra, tənzimləyici bazanın uyğunlaşdırılması və bazarın sinxronlaşdırılması sahələrində sıx əməkdaşlığa ehtiyacımız olacaq", - deyə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qeyd edib.

"Enerji sektorunun transformasiyası etibarlı, təmiz və əlverişli enerji təchizatı tələb edən iqtisadi dəyişikliklərin bir hissəsidir. Bunlar ümumi çağırışlardır, lakin güclü və etibarlı əməkdaşlıq və tərəfdaşlıqlara əsaslanan həllər tapmalıyıq. Bu gün memorandumun imzalanması ilə biz bu istiqamətdə böyük addım atırıq" , - deyə Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib.

Sənəd dörd ölkə arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən ENTSO-E sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.

Paylaş

Xəbər lenti

Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Bu gün, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Bu gün, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Bu gün, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Bu gün, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Bu gün, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Bu gün, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Bu gün, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Bu gün, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Bu gün, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Bu gün, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Bu gün, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Bu gün, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Bu gün, 14:48 Dekabr ayında neçə gün iş olmayacaq? Bu gün, 14:48 Sabahın hava ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 14:48 Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb Bu gün, 14:48 Azərbaycan XİN Polşaya başsağlığı verib Bu gün, 13:48 Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü Bu gün, 13:48 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək Bu gün, 13:48 Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək Bu gün, 13:48 Məktəblərdə 7 gün dərs olmayacaq Bu gün, 12:48 Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir? Bu gün, 12:48 İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA Bu gün, 12:48 Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib Bu gün, 12:48 SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək Bu gün, 12:48 Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb Bu gün, 12:48 Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:48 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" Bu gün, 11:48 Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO Bu gün, 11:48 ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ Bu gün, 11:48 Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib Bu gün, 11:48 SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq Bu gün, 11:48 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir? Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 10:48 Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL Bu gün, 10:48 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü Bu gün, 10:48 Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib Bu gün, 09:48 Qubada avtomobil aşıb, ölən və yaralılar var Bu gün, 09:48 UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib Bu gün, 09:48 Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR