
Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AVESTA.AZ-ə verilən xəbərə görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.
Cinayəti törədən şəxs - 18 yaşlı S.Təhməzov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.