"Bütün dindarlar tərəfindən ehtiramın göstərilməsi üçün Roma Papası Fransiskin nəşinin aprelin 23-ü səhər saatlarında bazilikaya köçürülməsi baş tuta bilər".
AVESTA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bunu Vatikanın Mətbuat Xidmətinin direktoru Matteo Bruni deyib.
Onun sözlərinə görə, nəşin köçürülməsi sabah ilk Kardinallar Konqreqasiyasından sonra müəyyən ediləcək prosedurlara uyğun həyata keçiriləcək və bu barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Roma Papası Fransisk bu gün 88 yaşında dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.