
Bərdədə 42 yaşlı kişi kanalda boğulub.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarov Yuxarı Qarabağ kanalında boğularaq ölüb. Onun ehtiyatsızlıqdan kanala yıxıldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.