
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk qalib müəyyənləşib.
"AVESTA.AZ"un məlumatına görə, Suqovuşanda təşkil olunan turnirdə 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb.
Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb.
Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib.
"AVESTA.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan ilk yarışda əvvəlcə idmançıların nümunəvi keçidi, ardınca isə iştirakçı ölkələrin rəsmi paradı baş tutub.
Reqatada Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir.
Reqata kişilər arasında 1 nəfərlik qayıqda 200 metr məsafəyə yarımfinal yarışı ilə start götürüb.
Bu gün kayak və kanoe növlərində qaliblər müəyyənləşəcək.
Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.