
Hollivudun iki möhtəşəm aktyoru illər sonra eyni layihədə çəkiləcək.
BAKU.WS xəbər verir ki, Kianu Rivzlə Sandra Bullok 19 ildən sonra eyni serialda rol alacaqlar.
Çəkilişlərə hazırlıq prosesi davam edir. Serialın adı isə hələlik açıqlanmayıb. Yeni layihənin senari müəllifi Noah Oppenheimdir. Serialla bağlı bəzi detallar hələlik gizli saxlanılır.
Bundan əvvəl ikili "Speed" və "The Lake House" kimi ekran işlərində birgə çəkilib.
Kianu "John Wick: Chapter 4" də, Sandra isə "The Lost City", "The Unforgivable" və "Bird Box" kimi ekran işlərində rol alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.