
Yaponiya millisinin sabiq futbolçusu Masato Kudo vəfat edib.
"AVESTA.AZ" "Reuters"ə istinadən xəbər verir ki, hücumçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib.
Forvard oktyabrın 3-də xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Masato Kudo yığmanın heyətində dörd oyun keçirib və iki qol vurub. Hücumçu ölkəsində "Kasiva Reysol"dakı çıxışına görə tanınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.