
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Əliyev 2008-2016-cı illərdə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.