
Məşhur aktrisa Fahriye Evcen illər sonra məzun olduğu universitetə gedib.
AVESTA.AZ xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında bildirib.
O 2014-cü ildə məzun olduğu Boğaziçi Universitetində müxtəlif fotolar çəkdirərək instaqram izləyiciləri ilə bölüşüb.
38 yaşlı Evcen şəkillərə "Keçmiş yuvamda bir çəkiliş xatirəsi..." sözlərini də əlavə edib.
Aktrisa buraya məşhur brendlərdən birinin reklam çəkilişi üçün gəldiyini bildirib.
Xatırladaq ki, Fahriye Boğaziçi Universitetinin "Tarix fakültəsi"ni bitirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.