
Gəncə şəhərində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və müxtəlif inşaat materialları oğurlanıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən yerli sakin A.Məmmədov saxlanılıb.
Qeyd edək ki, A.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.