
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Səxavət Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı avtomobilə və evə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.