
Qıcıqlanmış bağırsaq sindromu (QBS) qarın ağrısı, qaz, köp və nizamsız nəcislə xarakterizə olunur.
BAKU.WS xəbər verir ki, dietoloqlar bu hallarda rasiona aşağıdakı qidaların əlavə edilməsini məsləhət görür:
Giləmeyvələr: Malina, qaragilə və çiyələk kimi giləmeyvələr az karbohidratlı, liflə zəngindir və FODMAP səviyyələri aşağıdır. Məsələn, 1 porsiya – 1/3 stəkan malina, 1 stəkan qaragilə və ya 5 orta ölçülü çiyələkdir.
Sitrus meyvələri: Portağal və digər sitruslar da az FODMAP tərkiblidir, C vitamini və antioksidantlarla zəngindir. Bir orta ölçülü portağalda 3 qram lif və 63 mq C vitamini olur. Lakin portağal şirəsi və greyfurt yüksək FODMAP tərkibli olduğu üçün tövsiyə edilmir.
Laktozasız süd: Laktozasız süd qaz və köp yaratmadan zülal və kalsiumla orqanizmi təmin edir.
Kinoa: Aşağı FODMAP səviyyəsinə malik bu taxıl lif və zülalla zəngindir.
Quru meyvə və tum qarışığı: Özünüz hazırladığınız qarışıma az FODMAP-lı məhsullar – badam, fındıq, yerfındığı və balqabaq tumu daxil edilə bilər. Ancaq quru meyvələr simptomları ağırlaşdıra biləcəyindən, həkimlə məsləhətləşmədən əlavə etmək tövsiyə olunmur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.