
Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AVESTA.AZ-ə bildirilib ki, bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.