25-10-2022, 11:49 512

Fərid Xəlilov:

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilovun "AVESTA.AZ"a müsahibəsi

- Əvvəlcə "Mingəçevir Reqatası" barədə təəssüratlarınızı bilmək maraqlı olardı. Siz özünüz də bu yarışı izləyənlər arasında idiniz...

- Çox maraqlı tədbir oldu və bildiyiniz kimi, ilk dəfə keçirilmirdi. Bu ilin mayında Suqovuşan və Mingəçevirdə "Prezident Kuboku" yüksək səviyyədə təşkil edilmişdi. Sevindirici haldır ki, ildən-ilə, hətta aydan-aya inkişaf gedir. Məsələn, ötən yarışdakı xırda çatışmazlıqlar bu dəfə nəzərə alınmışdı. Oturacaq sayı 300-dən 800-ə çatdırıldı. İştirakçı sayı artırıldı. Gələn il ulu öndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti "Prezident Kuboku" planlaşdırılır. Bizə deyilənə görə, Azərbaycanda analoqu olmayan tədbir keçiriləcək. Səbirsizliklə bu yarışı gözləyirik. Kanoe və Avarçəkmə Federasiyasına dəstək olmaq üçün orada da iştirak edəcəyik.

- İşğaldan azad olunmuş ərazilərdə artıq bir neçə idman növü üzrə beynəlxalq yarışlar keçirilib. Qarabağ bölgəsində voleybol turnirlərinin də təşkili nəzərdə tutulubmu? Təbii ki, bunun üçün infranstruktur da olmalıdır. Ən azından hər hansı plan varmı?

- Sözsüz ki, var. Hələ mayda buraya gələndə Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə imkanları müzakirə etmişdik. Nazirlik də təklif edib ki, bu ərazilərdə voleybol yarışları keçirək. Bildiyiniz kimi, klassik voleybol müxtəlif infrastruktur tələb edir. Hazırda burada həmin infrastruktur mövcud deyil. Amma çimərlik voleybolu üzrə yarışların təşkili üçün elə çox avadanlıq tələb olunmur. Yəni bu, daha asandır. Burada olan avadanlıqlarla bağlı müəyyən qurumlarla əlaqədəyik. Mingəçevirdə dəfələrlə təlim-məşq toplanışları keçirmişik. Bəzi planlar var. Hazırda imkanları müzakirə edirik. Ən mümkün və yaxın variant burada çimərlik voleybolunun inkişaf etdirilməsidir. Faiq Qarayevlə də bu barədə danışmışıq. Çimərlik voleybolunu ənənəvi olaraq Bakıda keçiririk. Ölkə çempionatının bir turunu işğaldan azad edilmiş ərazilərə sala bilərik. Amma buna hazırlıq işləri görülməlidir.

- Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Murov" artıq Çağırış Kubokunda mübarizəyə başlayıb. Kişilərdən ibarət kollektiv 1/32 finalda Xorvatiya təmsilçisi "Kitro Varazdin"ə qalib gəldi. Yəqin ki, komandanın çıxışı sizi qane etdi...

- "Murov" avrokuboklara qələbə ilə başladı. Sevinirik ki, bu komandanı istədiyimiz kimi formalaşdıra bilmişik. Yenə də müəyyən boşluqlar var. Bunların üzərində iş gedir.

- Növbəti rəqib Avstriyanın "UVC Qrats" klubu olacaq...

- Bəli. Məndə olan məlumata görə, hər iki görüş Bakıda keçiriləcək. Bunun özü də bir üstünlükdür. "Murov"un çox güclü azarkeş kütləsi var və onların dəstəyi komandaya xeyli kömək edir. İnanıram ki, Avstriya təmsilçisinə də qalib gələcəyik. Rəqibin heyətinə nəzər salmışıq. Onlarda da keçid dövrüdür. Gənc oyunçuları çoxdur. Bu isə o deməkdir ki, mərhələni adlamaq üçün yaxşı şansımız var. "Murov"dan yeni qələbələr gözləyirik.

- Sizcə, "Murov" hansı mərhələyədək irəliləyə bilər?

- Komanda tam formalaşmayıb. Hələ də bir neçə oyunçu cəlb etmək fikrindədirlər və bu amildən çox şey asılıdır. Uğurlu transferlər edə bilsələr, finala kimi gedə bilərlər.

- Bəs, "Azerreyl"dən nə gözləyirsiniz?

- Komanda Slovakiya "Slovan"ı ilə oyunlara ciddi hazırlaşır. Səhv etmirəmsə, ilk oyun noyabrın sonunda olacaq. Həmin matçda "Azerreyl"i müşahidə edə biləcəyik.

- Yerli çempionatın start tarixi bilinir?

- Bu istiqamətdə müzakirələr gedirdi. Müəyyən nüansları nəzərə alaraq, start noyabrın 15-nə planlaşdırılıb. Hazırda telekanallarla yayım məsələsini danışırıq.

- Komanda sayında artım gözlənilirmi?

- Bu mövsüm Yüksək Liqada, çox güman ki, 4 kişi və eyni sayda qadın komandası olacaq. Lakin növbəti mövsümlə bağlı bir neçə maraqlı ideya var. İnanırıq ki, həmin dəyişikliklər çempionata rəng qatacaq. Komanda sayı 10-dan çox olacaq. Başqa bir plan barədə də fikirləşirik. Amma hələ onu açıqlamaq istəmirəm. 15-18 komandanın iştirakı ilə daha maraqlı çempionatın şahidi olacağıq. Buraya gəncləri də cəlb edəcəyik. Onlar təcrübəli oyunçularla birlikdə oynayacaqlar ki, bu da inkişafa müsbət təsir göstərəcək.

- Bir çox ölkədə futbol klublarının voleybol komandaları da fəaliyyət göstərir. Çox uzağa getməyək, elə Türkiyəni götürək. Orada "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" və digər klublarda voleybol şöbəsi də fəaliyyət göstərir, komandaları yerli çempionatda çıxış edir. Yerli klublarla bu barədə danışıqlarınız olubmu? Onlar bu layihəyə maraq göstərirlər?

- Bu istiqamətdə ilk addımlar atılıb. Bildiyiniz kimi, "Sabah" klubunun basketbol komandası da yaradılıb. Biz digər klublardan da bu addımı görmək istəyirik. Hansısa klub voleybol komandası yaratmaq istəsə, bu ideyaya dəstək olacağıq. Bu, tək bizdən asılı olan məsələ deyil. Təşəbbüs qarşı tərəfdən gəlməlidir.

- Bununla bağlı federasiyaya müraciət edən futbol klubu olub?

- Hələ ki, yoxdur. Ölkəmizdə o praktika olmayıb. Bu il "Sabah" basketbol komandasını yaratdı. Görürlər ki, nəticə verir və bu, artıq onlara maraqlı gəlir. Amma bunu inkişaf etdirmək üçün vaxt tələb olunacaq.

- Milli komandanın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? Əvvəlki müsahibələrinizdə demişdiniz ki, Rusiya Türkiyə və Ukraynadan namizədlər var. Hazırda onların arasında üzərində daha çox dayandığınız biri varmı?

- Təbii ki, var. Amma müəyyən prosedurlar olmalı, İdarə Heyəti həmin mütəxəssisləri təsdiq etməlidir. Texniki məsələlər qalıb. Yaxın gələcəkdə, daha dəqiq desək, 2023-cü ilin əvvəlində yeni baş məşqçinin adı açıqlanacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Bu gün, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Bu gün, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Bu gün, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Bu gün, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Bu gün, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR