
Bakıda yerləşən ticarət mərkəzlərinə məxsus yeraltı dayanacaqlarda parkinq tarifləri artırılıb.
AVESTA.AZ xəbər verir ki, bu dəyişiklik "28 Mall" ticarət mərkəzində artıq tətbiq olunub.
Belə ki, burada bir saatlıq avtomobil saxlanması üçün nəzərdə tutulan ödəniş əvvəlki 1 manat əvəzinə 2 manat təşkil edir.
Məlumatlara əsasən, oxşar qiymət artımı "Gənclik Mall" və digər iri ticarət mərkəzlərinin dayanacaqlarında da müşahidə olunur.
Parkinq haqlarının niyə bahalaşdığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.