
İndiyə qədər “Bakı Gəmiqayırma Zavodu” MMC 10 gəmi tikib.
"Report" xəbər verir ki, bunu zavodun direktoru İmamverdi Həsənov bildirib.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər müəssisədə 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarıdır. Zavodun istehsal gücü 25 min ton metal konstruksiyadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.