
Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə “Reuters” ölkə Prezidentinə istinadən xəbər verib.
Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.
Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.
Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.
Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu zamanı 30 nəfər ölüb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə şənbə günü “Sky News Arabia” telekanalı məlumat yayıb.
Hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.
Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.