
Sahibkar İlon Mask oktyabrın 27-də ABŞ şirkəti “Twitter”i satın aldıqdan sonra onun Direktorlar Şurasını istefaya göndərib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilən sənədlərdə deyilir.
"Oktyabrın 27-də birləşmə sazişi nəticəsində cənab Mask “Twitter”in yeganə direktoru oldu. Birləşmə müqaviləsinin şərtlərinə uyğun olaraq, sövdələşmənin tamamlandığı anda direktor olan şəxslər fəaliyyətini dayandırdılar", - sənədlərdən birində qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.