
Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.
Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini 1979-cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.