
Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kvadratmetr sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.