
Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Bu barədə AVESTA.AZ-ə xanəndənin müalicə aldığı Mərkəzi Klinikadan bildirilib.
Qeyd edilib ki, Arif Babayev bu gün səhər 06:30 radələrində dünyasını dəyişib.
"Bu gün səhər saat 06:30 radələrində xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib".
Xatırladaq ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində doğulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.