
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırılması, hərəkət rahatlığının artırılması və sürücülər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçiriləcək.
AVESTA.AZ-in məlumatına görə, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər yollarının əsaslı təmiri üçün 4 milyon 904 min 710,12 manat vəsait nəzərdə tutulub.
İşlər çərçivəsində Turqut Özal, Zaur Eminbəyli, Üzeyir Hacıbəyli və digər küçələrin təmir olunması nəzərdə tutulub.
Qeyd edək ki, şəhər yollarının əsaslı təmiri nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə yanaşı, sürücülərin və piyadaların təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.