11-08-2025, 14:48 390

Xarici KİV-lər Vaşinqton sammitinin nəticələri haqqında

Son günlərdə dünya KİV-ləri avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşünü fəal şəkildə müzakirə edib. Görüş çərçivəsində Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş sənədlər imzalanıb. Xarici KİV-lərin qiymətləndirmələrinə görə, bu sammit Cənubi Qafqazda çoxillik münaqişənin həllində mühüm addım olub, yeni nəqliyyat marşrutuna diqqəti cəlb edib və regionda Rusiyanın təsirinin azalması ilə bağlı müzakirələrə səbəb olub.

"Al Jazeera" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. "Saziş təkcə onillər ərazində davam edən münaqişəyə son qoymur, həm də regional ticarət və əməkdaşlıq üçün yeni imkanlar açır. ABŞ-nin vasitəçi kimi iştirakı Vaşinqtonun ənənəvi olaraq Rusiyanın maraq zonası hesab edilən regionda möhkəmlənmək istəyini vurğulayır", - nəşr qeyd edib.

CNN bu sazişə nail olunmasında Donald Trampın rolunu vurğulayır: "Tramp bu sazişi tarixi sənəd adlandırıb, həmçinin onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif edən hər iki ölkənin liderlərindən təriflər alıb".

"Deutsche Welle" (DW) regionun iqtisadi perspektivlərinə diqqət çəkərək qeyd edir ki, "Tramp Marşrutu" Çini, Mərkəzi Asiyanı və Avropanı Cənubi Qafqaz vasitəsilə birləşdirən daha geniş Orta Dəhlizin bir hissəsi olacaq. "Azərbaycan üçün bu, enerji və nəqliyyat qovşağı kimi ölkənin mövqeyinin gücləndirilməsi, Ermənistan üçün isə iqtisadi diversifikasiya və beynəlxalq ticarətə inteqrasiya şansı deməkdir", - DW bildirib. Nəşr həmçinin vurğulayıb ki, Rusiyanın imzalanma prosesində iştirak etməməsi onun Cənubi Qafqazdakı mövqeyinin əhəmiyyətli dərəcədə zəifləməsindən xəbər verir.

"The Times of India" qeyd edir ki, "Tramp Marşrutu"nun yaradılması təkcə Ermənistan və Azərbaycan arasında sülhə töhfə vermir, həm də Rusiya və İrandan yan keçən yeni ticarət yolları açır.

"The Financial Times" yazır ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq korporasiyalar üçün yeni imkanlar yaradır. "Münaqişə səbəbindən uzun müddət risk zonası hesab edilən Cənubi Qafqaz indi infrastruktur layihələri üçün cəlbedici bazar ola bilər", - qəzet qeyd edib.

"The Wall Street Journal" razılaşmaları Avropanın enerji təhlükəsizliyi prizmasından nəzərdən keçirir. "Tramp Marşrutu" Azərbaycanın Avropaya əsas qaz tədarükçüsü rolunu gücləndirir", - nəşr qeyd edir.

"The Japan Times" sammitin nəticələrinə ticarət yolları üzərində nəzarət uğrunda qlobal rəqabətin bir hissəsi kimi baxır. "Zəngəzur dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə rəqabət apara biləcək Orta Dəhlizin bir həlqəsi olacaq", - nəşr yazır. "The Japan Times" qeyd edir ki, Mərkəzi Asiyada infrastruktur layihələrinin iri investoru olan Yaponiya sazişi Cənubi Qafqazın inkişafında, xüsusilə yüksək sürətli dəmir yollarının tikintisində iştirak etmək imkanı kimi nəzərdən keçirir.

"The Sydney Morning Herald" nəqliyyat dəhlizinin inkişafı ilə bağlı ekoloji perspektivlərə toxunur: "Tramp Marşrutu"nun yaradılması regionda, xüsusilə nəqliyyat infrastrukturunda yaşıl texnologiyaların tətbiqinə kömək edə bilər".

"Haaretz" sazişi regional təhlükəsizlik baxımından təhlil edərək, onun sərhədlərdə münaqişələrin gərginləşməsi ehtimalını azaltdığını vurğulayır. Nəşr həmçinin qeyd edir ki, Azərbaycanın müdafiə sahəsində tərəfdaşı olan İsrail sazişi alqışlayır və onun çərçivəsində kibertəhlükəsizlik və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini mükün sayır.

Report İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Dünən, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Dünən, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Dünən, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Dünən, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Dünən, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Dünən, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Dünən, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Dünən, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Dünən, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Dünən, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Dünən, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Dünən, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Dünən, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Dünən, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Dünən, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Dünən, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Dünən, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Dünən, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Dünən, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Dünən, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Dünən, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Dünən, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Dünən, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Dünən, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Dünən, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Dünən, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Dünən, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR