
Aparıcı Firuzə Cəlilovanın Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilməsi və əşyaların oğurlanması ilə bağlı iddialara Daxili İşlər Nazirliyi aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilərək saxlanılıb.
Məlumata əsasən, istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşları tərəfindən tutulub və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.