
Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişehir Osmangazi Universitetinə qəbul olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, o sözügedən universitetdə "Biznesin idarə edilməsi" fakültəsinin eyniadlı bölümündə təhsilini davam etdirəcək.
Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.