1-04-2025, 09:48 393

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.

Şükür Nəriman oğlu Həmidovun bu gün, 1975-ci ilin aprelin 1-də Qubadlı rayonunda doğulub.

1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib.

1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.

Ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.

Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, "leytenant", 1999-cu ildə "baş leytenant", 2002-ci ildə isə "kapitan" hərbi rütbəsi verilib.Müxtəlif illərdə Şahbuz şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini, Naxçıvan şəhərində "N" saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi və sonra həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.

Ş. Həmidov Füzuli rayonunun Horadiz şəhərində "N" saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edərkən qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə "polkovnik-leytenant" hərbi rütbəsi alıb.

Aprel döyüşlərində Milli Qəhrəman Horadiz şəhərində "N" saylı hərbi hissənin komandiri olub. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşləri o, idarə edilib. Nəticədə gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri və Lələtəpə zirvəsi işğaldan azad olunub.

Buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib.

Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.2020-ci ildə 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub.Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər.

Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub. Həmidov II Fəxri Xiyabanda dəfn olunub.

Şükür Həmidov ölümündən sonra Prezidentinin Sərəncamına əsasən, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü Bu gün, 12:48 Novxanıda küçəyə axan çirkab su gölməçə yaratdı Bu gün, 12:48 Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir" Bu gün, 12:48 Ronaldonun keçmiş aşpazından maraqlı tövsiyə Bu gün, 11:48 Azərbaycan və Latviya prezidentlərinin görüşündən eksklüziv kadrlar Bu gün, 11:48 Yol hərəkəti qaydalarını heçə saydı, narkotik qəbul etdiyi məlum oldu Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib Bu gün, 11:48 Göyçayda market YANIB Bu gün, 11:48 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir Bu gün, 11:48 "Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür Bu gün, 10:48 İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib Bu gün, 10:48 Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb Bu gün, 10:48 Pul axını başlayır: Bu bürclər zənginləşə bilər Bu gün, 10:48 Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Bu gün, 10:48 Minik və yük avtomobili toqquşub - Ölən və yaralananlar var Bu gün, 09:48 ABŞ İranla müharibəyə bu qədər xərc çəkib Bu gün, 09:48 Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? Bu gün, 09:48 Tehranda beynəlxalq uçuşlar bərpa olunur Bu gün, 09:48 Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib Bu gün, 09:48 Bu gün Həmidə Ömərovanın doğum günüdür Bu gün, 09:48 Ağır qəzada ölən baytarın FOTOSU Bu gün, 09:48 Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR