
Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.