Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.
Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.