
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzləri üçün qış mövsümünə aid xidməti geyimlərin satın alınması ilə bağlı müsabiqə elan edib.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, Layihənin ümumi dəyəri 1 milyon 161 min manatdan artıq məbləğdə qiymətləndirilir.
Müsabiqə sənədlərinə əsasən, alınacaq geyimlər arasında kişi və qadın kostyum dəstləri, uzunqol köynəklər, loqolu qalstuklar və şərflər yer alır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.