16-09-2025, 16:48 418

Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR

Bakının və ətraf qəsəbələrin nəqliyyat problemlərinin həll edilməsi üçün yeni yollar çəkilir. Məqsəd həm paytaxtdakı tıxacları azaltmaq, həm də insanların bölgələrə daha rahat və sürətli gedib-gəlməsini təmin etməkdir. Bu layihələrdən biri də Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisidir.

AAYDA-dan BAKU.WS-ə verilən məlumata görə, hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.

Uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.

Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Hazırda:

• 4 körpü üzrə işlərin 90%-i,

• 1 körpü üzrə 80%-i,

• 2 qovşaq körpüsü üzrə 76%-i,

• 1 qovşaq körpüsü üzrə 45%-i,

• 1 qovşaq körpüsü üzrə isə 5%-i,

• 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.

Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.

Layihə üzrə həmçinin:

• 12 ədəd düzbucaqlı keçidin,

• 28 ədəd dairəvi və müxtəlif diametrli borunun,

• drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.

Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.

Bundan başqa, layihə boyu:

• 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yararsız qruntun yararlı materialla əvəzlənməsi),

• 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi, asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləri tamamlanıb.

Eyni zamanda:

• yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarı ərazisində təqribən 1 km torpaq yatağının tikintisi,

• M-1 avtomobil yolunun üzərində körpü,

• həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşən hissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.

Ümumilikdə, layihə üzrə fiziki tərəqqi təxminən 51% təşkil edir.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş iş qrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədilə ərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.

Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR