27-01-2025, 08:53 477

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa etdiyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrədir.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.

I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir.

Yolun texniki göstəriciləri aşağıdakı kimidir:
- Yolun uzunluğu - 81.74 km;
- Yolun texniki dərəcəsi - I;
- Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
- Hərəkət zolağının eni - 3.5 m;
- Torpaq yatağının eni - 21.5-29.5 m;
- Hərəkət hissəsinin eni - 14-21 m;
- Yol çiyinlərinin eni – 1.5-2 m;
- Ayrıcı zolağın eni – 2 m.

Yolun konstruksiyası aşağıdakı kimidir:
- Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm
- Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) - 20 sm
- Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm
- Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm
- Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm
- Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm

Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası, asfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.

Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.

Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə (sağ və sol istiqamət) 12 700 metrə yaxındır.

Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
- 1-ci viaduk - 57 km-də, 185 m;
- 2-ci viaduk - 61.6 km-də, 250 m;
- 3-cü viaduk - 62.5 km-də, 295 m;
- 4-cü viaduk - 65.1 km-də, 146 m;
- 5-ci viaduk - 69.67 km-də, 118 m;
- 6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
- 7-ci viaduk - 78.7 km-də, 295 m;
- 8-ci viaduk - 79.3 km-də, 158 m;
- 9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).

İnşa edilmiş tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
- 1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
- 2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
- 3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
- 4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
- 5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
- 6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
- 7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m).

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində daş divar, geodivar və beton istinad divarı olmaqla ümumi uzunluğu 31 800 metr olan divarlar inşa edilib, 69 200 metr uzunluğunda drenaj xətti çəkilib, 256 000 metr uzunluğunda kanallar qurulub.

Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə və beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Paylaş

Xəbər lenti

Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq Bu gün, 15:48 İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO Bu gün, 15:48 Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib" Bu gün, 15:48 Ronaldonun məşqdə halı pisləşdi Bu gün, 15:48 Türkiyəli məşhurların 90 faizi antidepressant dərmanlar qəbul edir Bu gün, 15:48 Həyətdə yıxılan 48 yaşlı kişi öldü Bu gün, 15:48 Hikmət Babaoğluna "Şöhrət" ordeni verilib Bu gün, 15:48 İran ABŞ və İsraildən vəzifəli şəxslərin qətlinə görə məsuliyyət daşımalarını tələb edir Bu gün, 15:48 Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi Bu gün, 15:48 Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU Bu gün, 14:48 Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib Bu gün, 14:48 İlin I rübündə 200-dən çox şəxsin diplomu tanınmayıb Bu gün, 14:48 Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər Bu gün, 14:48 Məktəbdə qətliam törədən İsanın atası: "Oğlum tez-tez interaktiv oyunlar oynayırdı" Bu gün, 14:48 Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu Bu gün, 14:48 İran rəsmisi ABŞ gəmilərini hədəf almaqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Məşhur aktrisa: "Ana-ata ola bilməyəcəksinizsə, uşaq dünyaya gətirməyin!" Bu gün, 14:48 Puqaçova aylıq kirayəsi 1,4 milyon olan dəbdəbəli villasından köçmür Bu gün, 14:48 "Qarabağ" – "Sabah" oyununa FIFA referisi Elçin Məsiyev təyinat alıb Bu gün, 13:48 Süni intellekt süd vəzi xərçəngini 5 il əvvəlcədən proqnozlaşdıra bilər Bu gün, 13:48 Tanınmış aktyor özəl məktəblərdəki "elit görüntülü" təhsili qınadı Bu gün, 13:48 Moskvada yenidən qar gözlənilir Bu gün, 13:48 Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2 dəfədən çox artıb Bu gün, 13:48 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI Bu gün, 13:48 Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək Bu gün, 12:48 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub Bu gün, 12:48 Məktəbə silahı hücum edən İsanın qəribə görüntüləri yayıldı Bu gün, 12:48 Tramp: İsrail və Livan liderləri 34 il sonra görüşəcək Bu gün, 12:48 Agentlik sədri şöbə müdirini işdən çıxardı Bu gün, 12:48 Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:48 Ərinin qətlində təqsirli bilinən qadına 15 il həbs cəzası verilib Bu gün, 12:48 MN-nin sabiq rəsmisi ilə bağlı məhkəmə prosesi başlayıb Bu gün, 12:48 Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək Bu gün, 12:48 Gədəbəydə körpə qızdırmadan ölüb Bu gün, 12:48 Məktəbə silahlı hücum edən İsa ilə bağlı şok detal - Bu qatili özünə örnək götürüb Bu gün, 12:48 Sultan Dadaşov vəfat etdi Bu gün, 12:48 Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb Bu gün, 12:48 Məktəbdə 9 şagirdi öldürən İsanın cəsədi zirehli maşınla aparıldı, maşını saxlamağa çalışdılar Bu gün, 12:48 Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib Bu gün, 11:48 AzTV Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb Bu gün, 11:48 39 yaşlı kişi dəm qazından öldü Bu gün, 11:48 Bakıda aptekdən alınan körpə qidasından QURD ÇIXIB - Şirkətdən RƏSMİ AÇIQLAMA Bu gün, 11:48 Neyt Svonson: ABŞ Tehranın münaqişədəki qələbəsini etiraf edib Bu gün, 11:48 Şirvanda evdən 15 000 manat oğurlanıb Bu gün, 11:48 Görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günüdür Bu gün, 11:48 Kilian Mbappe Çempionlar Liqasında özünəməxsus rekorda imza atdı Bu gün, 11:48 "Teleradio"ya yeni rəhbər təyin edilib Bu gün, 11:48 Binəqədidə 54 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR