17-09-2025, 23:48 408

Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?

Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindən biri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdə tədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərin resurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildə aparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də ölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan biridir.

Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatı necədir?

BAKU.WS xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsil müəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.

Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-i ADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə deyib ki, təhlillərə görə təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıq sadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyət göstəricilərindən biridir.

Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnız dərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsal resurslar, onlayn platformalar, distant dərslər, süni intellekt əsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxış imkanları prosesin ayrılmaz hissəsidir:

"Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 11-ci maddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarına sərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki, internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.

Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin son açıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsil məktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub. Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdud sürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlik yaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektron jurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərq gələcəkdə bilik bərabərsizliyinə səbəb olur".

Kamran Əsədovun fikrincə bunun müsbət tərəfi ondan ibarətdir ki, yüksək sürətli internet dərs prosesində rəqəmsal platformaların istifadəsini genişləndirir.

"Məsələn, elektron təhsil sistemləri, "Virtual Məktəb" platforması, beynəlxalq onlayn olimpiadalar və test bankları şagirdlərə daha geniş təcrübə qazandırır. Müəllimlər interaktiv dərs resurslarından, simulyasiya və animasiyalardan istifadə etməklə şagirdlərin marağını artırır. Həmçinin distant təhsil imkanları yaranır ki, bu da xəstəlik, məcburi köç, hətta pandemiya şəraitində belə tədrisin davamlılığını təmin edir.

Mənfi tərəfi isə ondan ibarətdir ki, internet bərabərsizlikləri təhsil bərabərsizliyinə gətirir. Əgər şəhər məktəbində şagird "Khan Academy" və ya "Coursera" kimi resurslardan istifadə edirsə, kənd məktəbindəki şagird yalnız çap dərsliyilə kifayətlənirsə, nəticədə təhsil imkanları arasında uçurum yaranır. Ona görə də dövlət siyasətində təkcə internetin olması yox, onun sürəti, dayanıqlığı və əlçatanlığı əsas prioritet olmalıdır.

Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə məktəblərin hər bir sinfi yüksək sürətli internetlə təchiz olunub. Estoniya hökuməti hətta 2001-ci ildən "Tiger Leap" proqramı çərçivəsində bütün məktəblərə internet gətirərək ölkəni rəqəmsal təhsil mərkəzinə çevirib. ABŞ-da "E-Rate" proqramı vasitəsilə məktəblərin internet xərclərinin 90 faizi dövlət tərəfindən qarşılanır. Bu yanaşmalar göstərir ki, internet təhsil üçün sadəcə infrastruktur deyil, sosial ədalətin təmin olunması vasitəsidir",- o, vurğulayıb.

Ekspert həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanda da yüksək sürətli internetin bütün məktəblərdə tətbiqi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək.

"Şagirdlər beynəlxalq rəqabət mühitinə daha yaxşı hazırlaşacaq, müəllimlər yeni pedaqoji metodlardan geniş istifadə edə biləcək, distant və hibrid təhsil formaları inkişaf edəcək. Bu, həm də ölkənin PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrini yaxşılaşdıracaq. Ona görə də Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – rəqəmsal məktəb layihəsi, elektron jurnal sistemi, təhsil platformalarının istifadəsi – təqdirəlayiqdir və daha sürətlə genişləndirilməlidir.

Hesab edirəm ki, yüksək keyfiyyətli internet təhsilə bərabərlik, keyfiyyət və rəqabətlilik qazandırır. Bu, təkcə informasiya texnologiyası məsələsi deyil, ölkənin gələcəyinə qoyulan ən strateji sərmayələrdən biridir",- o, fikirlərini tamamlayıb.

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR