
Bakının Suraxanı rayonunda 23 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, 1999-cu il təvəllüdlü Əliyev Tofiq Əfqan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.