
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib.
Bu barədə BAKU.WS Milli Məclisə istinadən xəbər verir.
Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayının sədr müavini Dinara Zakiyeva, xarici işlər nazirinin müavini Arman İsaqaliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.