5-10-2025, 16:48 419

Bəşəriyyəti içməli su qıtlığı gözləyir - Problemin qarşısını necə almaq olar?

Mütəxəssislər uzun illərdir xəbərdarlıq edirlər: yaxın illərdə içməli su çatışmazlığı bəşəriyyətin qarşılaşacağı ən böyük qlobal problemlərdən biri olacaq. Artan əhali, dəyişən iqlim, çirklənmə və israfçılıq səbəbindən su ehtiyatları sürətlə tükənir. Azərbaycan üçün də bu problem kifayət qədər aktualdır.

Bu təhlükəyə diqqət çəkmək və həll yolları tapmaq məqsədilə ötən həftə Bakıda Su Həftəsi keçirildi. Tədbirdə su böhranına qarşı planlar, strateji yanaşmalar və innovativ təkliflər səsləndirildi.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Gələcək layihələr

Layihələrdən biri Azərbaycanda havadan su əldə edilməsidir. Bu layihə üçün mövcud texnologiyaların öyrənilməsi, Azərbaycanın iqlim və relyef şəraitinə uyğunluğunun qiymətləndirilməsi, həmçinin iqtisadi səmərəliliyin hesablanması həyata keçiriləcək. 2026-cı ildə ölkənin müxtəlif bölgələrində bu texnologiyanın tətbiq oluna biləcəyi ərazilər müəyyən ediləcək. Əsasən içməli su qıtlığının müşahidə olunduğu, yerli su mənbələrinin kifayət etmədiyi ərazilərə üstünlük veriləcək. 2027-ci ildə havadan suyun əldə edilməsi üzrə ilk pilot layihənin həyata keçirilməsi planlaşdırılıb.

Eyni zamanda, ölkədə yüksəkminerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb. Digər bir layihə isə yaxın 15 ildə 26 su anbarının tikintisidir. 2025-2027-ci illərdə dörd, 2027-2030-cu illərdə doqquz, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.

Bəşəriyyəti içməli su qıtlığı gözləyir - Problemin qarşısını necə almaq olar?

"Bakıda səmərəli deyil"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyevin sözlərinə görə, Azərbaycanda havadan su əldə edilməsi üçün ən əlverişli bölgə cənub zonasıdır: "Burada iki əsas prinsip mövcuddur: kondensasiya - havadakı rütubətin soyudulması zamanı suyun alınması və sorbsiya - sorbentlər vasitəsilə rütubət gecə udulur, gündüz qızdırılaraq su ayrılır. Lakin nəzərə alınmalıdır ki, bu texnologiya havadakı rütubətin normadan çox olduğu ərazilərdə tətbiq edilə bilər. Respublika üzrə rütubətin yüksək olduğu ərazilərdən biri cənub zonasıdır.

Burada orta illik rütubət 74% təşkil edir və sözügedən texnologiyanın tətbiqi üçün uyğundur. Bakı şəhəri və Abşeron yarımadası Xəzər dənizi sahilində yerləşdiyi üçün yarımsəhra iqliminə aid olmasına baxmayaraq, nisbi rütubət yüksəkdir. Burada ortaillik nisbi rütubət 70-75% intervalındadır. Lakin bu göstərici fəsillər üzrə fərqli ola bilir. Məsələn, yayda 55-65% (ən aşağı səviyyə), qışda 80-85% (ən yüksək göstərici) təşkil edir. Yayda rütubətin aşağı düşməsi və yüksək enerji sərfi səbəbindən böyük şəhərlərdə (məsələn, Bakıda) əhalinin kütləvi su təchizatı üçün texniki baxımdan mümkün olsa da, iqtisadi cəhətdən sərfəli deyil. Ciddi hesablamalar aparılsa, bu metod mikroiqlimə və ekosistemlərə ciddi mənfi təsir göstərmir".

"Azərbaycanda tətbiqi realdır"

Ekspert yeraltı suların minerallaşması layihəsindən də söz açdı: "Azərbaycanda duzlu və ya minerallaşmış yeraltı sular daha çox Abşeron yarımadasında, Kür-Araz ovalığında, xüsusilə Salyan, Neftçala və Sabirabad rayonlarında, həmçinin Naxçıvan və Qobustan ərazilərində yayılıb. Bu bölgələrdə qrunt suları səthə yaxın yerləşdiyi üçün intensiv buxarlanma və dəniz suyunun intruziyası nəticəsində duzluluqları artır. Belə suların təmizlənməsi üçün ən effektiv qurğular tərs osmoz və nanotexnologiya sistemləridir. Bu texnologiyalar yüksək və ortaminerallaşmış sular üçün daha qənaətlidir və Azərbaycanda tətbiqi realdır.

Yüksəkminerallaşmış sular üçün elektrodializ və hibrid üsullar da mümkündür, amma daha bahalıdır. Azərbaycanda suların təmizlənməsində nanotexnologiyadan istifadə təcrübəsi mövcuddur. Belə ki, 2015-ci ildən fəaliyyətə başlamış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə içməli suyun keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyədə təmin edilir. Burada tətbiq olunan ultrasüzgəc texnologiyası suyun tərkibindəki mikroorqanizmləri, duzları və digər çirkləndiriciləri yüksək dəqiqliklə təmizləməyə imkan verir. Bu kompleks hazırda Bakı və Abşeron yarımadasının böyük bir hissəsinin su təminatında əsas rol oynayır".

Üzən günəş panelləri, buxarlanma örtükləri

A.Tağıyevin fikrincə, yeni su anbarları iqlim dəyişikliyinin yaratdığı risklərə qarşı mühüm vasitədir. Çünki onlar çay axınındakı mövsümi dəyişmələri tənzimləyir, quraqlıq dövründə su ehtiyatı formalaşdırır və kənd təsərrüfatında, sənayedə, həmçinin içməli su təchizatında sabitliyi təmin edirlər: "Amma nəzərə almaq lazımdır ki, iqlim istiləşməsi şəraitində buxarlanma artdığı üçün anbarlarda su itkisi də çoxalır. Ona görə müasir anbarlarda su itkilərini minimuma endirən texnologiyalar - üzən günəş panelləri, buxarlanma örtükləri və s. tətbiq edilməlidir".

Bəşəriyyəti içməli su qıtlığı gözləyir - Problemin qarşısını necə almaq olar?

"Bu texnologiya xeyli enerji tələb edir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov isə düşünür ki, bu layihələrin tətbiqi zamanı bəzi məqamlar nəzərə alınmalıdır: "Havadan su əldə edilməsi o qədər də məşhur texnologiya deyil. Nisbi rütubətlilik çox olan, digər su mənbələri olmayan ərazilərdə istifadə olunur. Amma bu texnologiya xeyli enerji tələb edir. Bəzi şirkətlər bu texnologiyaları gətirib fermerlərə sata bilərlər. Qrunt sularının duzsuzlaşdırılıraq su təminatı çox zəif olan yerlərə verilməsi mümkündür. Eyni prosesi kollektor sularını duzsuzlaşdıraraq etmək olar. Baş Muğan və Baş Mil kollektorları var ki, onların suları az minerallaşıb. Həmin yerlərdə suları duzsuzlaşdıraraq yerli əhalinin istifadəsinə vermək mümkündür. Amma elə yerdə etmək lazımdır ki, bu, çaylardan əlavə suların götürülməsinə səbəb olmasın".

Ekosistem qanunlarına ziddir?

R.Abbasovun sözlərinə görə, su anbarlarını mümkün qədər az tikməliyik. Çünki bu, çayların suyunun tənzimlənməsinə gətirib çıxarır və ekosistem qanunlarına ziddir: "Elə ərazilər var ki, orada su anbarları tez dola bilər. Bu xüsusilə selli çaylara aiddir. Məsələn, Göyçay çayı üzərində 2003-cü ildə su anbarı tikildi. Çox qısa müddətdən sonra doldu. Həm də bənddən aşağıda çox ciddi fəsadlar verdi. Çalışmaq lazımdır ki, su anbarları tikilən zaman çaylardan gedən asılı gətirmələrin miqdarı nəzərə alınsın. Bəndi tikərkən hansı çayın üzərində olmasına fikir vermək lazımdır".

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR