17-10-2025, 12:48 293

Azərbaycanda bu şəxslərin həqiqi hərbi xidmət müddəti artırılır

Bir sıra gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır.

AVESTA.AZ Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5 ildir. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər.

Layihəyə əsasən, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətin müddəti təqvim hesabı ilə 5, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün isə 10 il olacaq. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılacaq.

Mövcud qanunvericiliyə əsasən, azı tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər.

Layihəyə əsasən, ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə 19 yaşından 40 yaşınadək qadınlar gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə biləcəklər.

Həmçinin, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə əyani təhsilalma müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.

Bundan əlavə, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddi 35, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 (hazırda 50 yaşdır) yaş olacaq.

Mövcud qanunvericiliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hər dəfə 1 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər hər dəfə 2 ayadək müddətə 5 dəfəyədək, lakin il ərzində 1 dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırıla biləcəklər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hərbi qulluqçular "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində də sərəncamda olacaqlar.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Bu gün, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Bu gün, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Bu gün, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Bu gün, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Bu gün, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Bu gün, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Bu gün, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Bu gün, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Bu gün, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Bu gün, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Bu gün, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Bu gün, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Bu gün, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Bu gün, 17:48 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı Bu gün, 17:48 Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU Bu gün, 16:49 Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb Bu gün, 16:48 Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Trampın partiyası hər iki palatanı itirdi: Demokratlar Konqresə nəzarəti ələ keçirdi Bu gün, 16:48 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam Bu gün, 16:48 Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər Bu gün, 16:48 Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 16:48 Zaur Abişevə yüksək vəzifə verildi Bu gün, 16:48 Keçmiş nazirin oğluna vəzifə verildi Bu gün, 16:48 Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma Bu gün, 16:48 Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək Bu gün, 16:48 Britaniyalı diplomat: "Ölkənin Rusiya ilə müharibə aparmağa nə maliyyəsi, nə də imkanları var" Bu gün, 16:48 Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 15:48 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib Bu gün, 15:48 Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib Bu gün, 15:48 Günəşdə yenidən partlayışlar qeydə alınıb Bu gün, 15:48 Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bu gün, 15:48 Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar Bu gün, 15:48 Bred Pittin qızı rəsmi olaraq atasının soyadından İMTİNA ETDİ Bu gün, 15:48 Batrakovun "Qalatasaray"dakı ləqəbi "Bebek" imiş Bu gün, 15:48 Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu Bu gün, 15:48 Seren Serengil bu şərtlə sərvətini sevgilisinə bağışlayacaq Bu gün, 14:48 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" Bu gün, 14:48 "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub Bu gün, 14:48 Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər"i təqdim etdi Bu gün, 14:48 Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR