Bu gün, 14:48 79

Noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR və "AnewZ" televiziya kanalının birgə istehsalı olan "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb və xatirə fotoları çəkdirilib.

Premyerada çıxış edən "AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan yarandığını deyib. İcraçı direktor filmin təxminən bir əsr öncə Bakıda yaşanan neft bumundan, həmin dövrdə şəhərin dünyanın müxtəlif ölkələrindən insanları özünə cəlb etməsindən və neft sənayesinin inkişafı nəticəsində baş verən köklü dəyişikliklərdən bəhs etdiyini bildirib.

Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu söyləyən Rüfət Həmzəyev qeyd edib ki, ekran əsərində 103 tarixi açıqca və 9 insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına, eləcə də mədəniyyətinə təsirləri, eyni zamanda şəhərin tarixində iz qoymuş insanların taleləri barədə günümüzə qədər gəlib çatmış məlumatlar tamaşaçılara təqdim edilir.

Sonra "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, bir əsr öncə sürətlə dəyişən Bakı, neft buruqları, küçələr, liman, eləcə də şəhərdə yaşayan insanların şəxsi taleləri filmin əsas dramaturji xəttini formalaşdırır. Çəkilişləri təxminən 6 ay davam edən filmdə tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, o dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt vasitəsilə həyata keçirilib.

Filmdə həmçinin Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 15:48 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib Bu gün, 15:48 Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib Bu gün, 15:48 Günəşdə yenidən partlayışlar qeydə alınıb Bu gün, 15:48 Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bu gün, 15:48 Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar Bu gün, 15:48 Bred Pittin qızı rəsmi olaraq atasının soyadından İMTİNA ETDİ Bu gün, 15:48 Batrakovun "Qalatasaray"dakı ləqəbi "Bebek" imiş Bu gün, 15:48 Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu Bu gün, 15:48 Seren Serengil bu şərtlə sərvətini sevgilisinə bağışlayacaq Bu gün, 14:48 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" Bu gün, 14:48 "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub Bu gün, 14:48 Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər"i təqdim etdi Bu gün, 14:48 Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib" Bu gün, 14:48 Bakıda qəzaya düşən "BMW" klinikaya çırpıldı Bu gün, 14:48 Cəlilabadda 6 kəndin işığı kəsilib Bu gün, 14:48 Çempionlar Liqasında ilk dəfə türk derbisi olacaq Bu gün, 14:48 Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı Bu gün, 14:48 Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək Bu gün, 14:48 Bakıda birinci kurs tələbəsi bu səbəbdən öldü Bu gün, 13:48 Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək... Bu gün, 13:48 Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ Bu gün, 13:48 Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq Bu gün, 13:48 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb Bu gün, 13:48 Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib Bu gün, 13:48 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib Bu gün, 13:48 Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi Bu gün, 13:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb Bu gün, 13:48 Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb Bu gün, 13:48 Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb Bu gün, 12:48 Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı Bu gün, 12:48 Bakıda dəhşətli qəzanın görüntüləri - Ana və arabadakı uşağı maşın vurdu Bu gün, 12:48 Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq Bu gün, 12:48 "15 dəqiqəlik şəhər": Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir Bu gün, 12:48 17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır? Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Bu gün, 12:48 Hərbçilərin mənzil təminatına ayrılan vəsait 57 faiz azaldılır Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb Bu gün, 12:48 Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı 3 dəfə artıb Bu gün, 11:48 Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib Bu gün, 11:48 AZAL-a dotasiya 20 %-ə yaxın artırılır Bu gün, 11:48 Övlad gözləyənlərə ŞAD XƏBƏR - 1500 manat veriləcək Bu gün, 11:48 "Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! Bu gün, 11:48 Azərbaycanda dəfn pulu artırılır - 1200 manat olacaq Bu gün, 11:48 Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq Bu gün, 11:48 Saday Alıyevin məhkəməsi başladı - 3 milyonluq YEYİNTİ Bu gün, 11:48 Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ Bu gün, 11:48 ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR