
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatına son qoyan terror aktından sonra respublikanın 3 vətəndaşının Bolqarıstanda saxlanması ilə bağlı məlumatı təsdiqləyib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Saxlanılan üç nəfərin ölkəmiz vətəndaşlığı təsdiqlənib”, - nazirliyin açıqlamasında bildirilir. Xarici İşlər Nazirliyi terror aktını pisləyib və Moldova hakimiyyətinin birgə təhqiqata açıq olduğunu bəyan edib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.