
Şəmkir rayonunda yerli sakin dəm qazından boğularaq ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü E.Abdulrəhimov yaşadığı evin vanna otağında dünyasını dəyişib.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.