
İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AVESTA.AZ xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:
"Nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqini, potensial layihələrin icrasını, investisiya, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsini vurğuladıq. Ölkələrimizin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirəcək strateji tərəfdaşlıqları inkişaf etdirmək biznes əməkdaşlığımızın başlıca prioritetlərindəndir".
İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın (@erdal_bahcivan) rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 31, 2025
İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqini, potensial layihələrin… pic.twitter.com/iKuTyBXdMV
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.