
Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
AVESTA.AZ xəbər verir ki, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.