
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Qarayar kəndində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması zamanı rayon sakinləri - 1985-ci il təvəllüdlü Rəşad Əlimusa oğlu Abdəliyev və 1972-ci il təvəllüdlü Nadir Adil oğlu Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.