
Tovuzda ağır yol-nəqliyyat qəzası olub.
Avesta.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
İki minik avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Vüqar Əliyev ölüb, iki nəfər 1952-ci il təvəllüdlü Səmayə Əhmədova və 1974-cü il təvəllüdlü Elmar Həsənov isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.