
Meksikanın paytaxtı Mexikonun cənubunda turistik avtobus qəzaya uğraması sonucunda 1 nəfər ölüb, 55 nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərdən 42-si xəstəxanaya çatdırılıb. Nəqliyyat vasitəsində kanalları gəzməyə çıxan meksikalı təqaüdçülər olub.
Qəzaya nəyin səbəb olduğu bəlli deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.