
Ötən il ərzində Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazələri ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Anar Qədimov BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
O bildirib ki, 165 ölkənin vətəndaşı tərəfindən müvəqqəti yaşama icazəsinin alınması və ya müddətinin uzadılması üçün ümumilikdə 82 648 müraciət qeydə alınıb.
"Eyni dövrdə 41 ölkənin vətəndaşı daimi yaşama icazəsinin alınması və ya uzadılması üçün 4 776 dəfə müraciət edib", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.