23-01-2026, 16:48 296

Azərbaycandakı Dini Konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası tərəfindən Prezident İlham Əliyevə Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik məktubu ünvanlanıb.

AVESTA.AZ xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident!

Uca Yaradana çox şükürlər olsun ki, Zati-alilərinizi davamlı uğur və nailiyyətləriniz münasibətilə təbrik etmək səadətini bizlərə nəsib edir. Cənabınızı Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyiniz səylərə görə Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uca bəşəri dəyərlər naminə fəaliyyətlərinizdə yeni zirvələr arzulayırıq.

Zati-alilərinizin rəhbərliyi ilə qazanılmış Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdəsiniz. Sizin dünya miqyasında insan qardaşlığına xidmət edən ideya və təşəbbüsləriniz Azərbaycan dövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiram qazandırır. Məhz Zati-alilərinizin xeyir-duası ilə Şeyxülislamın timsalında Azərbaycanın təmsil olunduğu Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunmuş mötəbər mükafatla təltif olunmağınız Zati-alilərinizin Uca Yaradana xoş gedən səy və əməllərinin bəşər ailəsi tərəfindən dəyərləndirilməsinin təzahürüdür.

Fəxarət duyuruq ki, Azərbaycan nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur və bu, Zati-alilərinizin müasir, müdrik dövlətçilik siyasətinin bəhrələridir. Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Cənabınızın bu istiqamətdə fəaliyyəti ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Zati-alilərinizin dünyanın sülh gündəmində ön sırada olmağı - Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Zati-alilərinizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaqdır, inşallah. Dualarımız Sizinlədir. Uca Rəbbimiz Sizi və dəyərli ailənizi qorusun!

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan dövlətinin milli-mənəvi və ümumbəşəri-multikulural dəyərlərə əsaslanan dövlət siyasətini beynəlxalq müstəvidə möhkəmləndirməyə nail olmuş dünyamiqyaslı qətiyyətli lider, müdrik dövlət xadimi olaraq Zati-alilərinizin rəhbərlik etdiyi ölkənin dini konfessiyalarının rəhbərləri olaraq sonsuz şərəf duyuruq. Ölkəmizin hüdudlarından kənarda, ən mötəbər beynəlxalq tədbirlərdə hər dəfə bu hissi yaşayan şəxslər olaraq Sizin fəaliyyətlərinizə Ulu Yaradandan xeyir-dualar diləyirik.

Zati-aliləri! Siz Azərbaycanın adını, Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldıran Müqtədir siyasi xadimsiniz. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycana həyatın bütün sahələrində qazandırdığınız uğur və nailiyyətlərə görə Azərbaycan dindarları adından Cənabınıza bir daha dərin minnətdarlığımızı ifadə edir, ən xoş arzularımızı, xeyir-dualarımızı yetiririk. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən, qlobal müstəvidə Sülh Şurasının fəal iştirakçısı və təsisçisi olan öndərin, ali mükafata layiq görülmüş müzəffər liderin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan Azərbaycan dövlətini hifz etsin, Zati-alilərinizi hər zaman zirvələrdə qərar versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri".

Azərbaycandakı Dini Konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR